×
A
A
A
Sazlamalar

Vahid Novruzov: İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası ilə əlaqələr bizim üçün əhəmiyyətlidir

Bakı, 23 iyun, AZƏRTAC

Auditorlar Palatası İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) ilə 15 ildən artıqdır əməkdaşlıq edir. Biz daim ACCA-nın Auditorlar Palatasına göstərdiyi dəstəyin şahidi olmuşuq. Hesab edirik ki, bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı, dəyişikliklər və aparılan islahatlar ACCA kimi bir qurumun ölkəmizdə də geniş təmsil olunmasını tələb edir.
Bu barədə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov AZƏRTAC-a müsahibəsində deyib.
“Beynəlxalq təcrübədən bəhrələnmək məqsədilə ACCA ilə peşəkar səviyyədə əməkdaşlığın olması çox vacibdir və bu əlaqələr Auditorlar Palatası üçün mühüm əhəmiyyətə malikdir. Bu baxımdan ACCA üzvlərinin Azərbaycanda fəaliyyətlərini genişləndirmələrini istəyirik. Biz müxtəlif işçi qruplarında onların peşəkar təcrübəsindən və biliklərindən faydalanırıq”, -deyə V. Novruzov vurğulayıb.

İqtisadiyyat 2022-06-23 19:54:00