×
A
A
A
Sazlamalar

Vaqif Əliyev: Bu kimi tədbirlərdə gənc nəsli sağlam həyat tərzinə, idmanla məşğul olmağa təşviq edirik

Bakı, 23 iyun, Həşim Güləmirov, AZƏRTAC

İyunun 23-ü tarixini dünya ölkələrinin bütün Olimpiya komitələri təmtəraqla qeyd edir. Ölkəmizdə də Milli Olimpiya Komitəsi tərəfindən bir sıra tədbirlər keçirilir. Görüşlərdə, tədbirlərdə Olimpiya rəmzləri olan dostluq, hörmət və mükəmməllik gənc nəslə çatdırılır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev söyləyib.
O, Beynəlxalq Olimpiya Günündə təkcə yarışların deyil, həm də olimpiyaçılarla görüşlərin keçirildiyini bildirib. “Bu tədbirlərin keçirilməsi ilə gənc nəsli sağlam həyat tərzinə, idmanla məşğul olmağa təşviq edirik. Olimpiya Günündə keçirilən yarışlarda hər kəs iştirak edə bilər. Bu yarışlarda məşqçilər istedadlı gəncləri seçir və peşəkar idmanla məşğul olmağa çağırırlar”, - deyə V.Əliyev qeyd edib.

İdman 2022-06-23 19:26:00