×
A
A
A
Sazlamalar

UNEC-in professoru Rusiyanın aparıcı ali məktəbində müzakirələr aparıb

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru professor Zahid Məmmədov Rusiyanın aparıcı ali təhsil müəssisələrindən olan Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbi tərəfindən təşkil edilən “Otuz il birlikdə” adlı beynəlxalq tərəfdaş həftəsində iştirak edib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Z.Məmmədov Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin müvafiq struktur rəhbərləri ilə görüşərək, tələbə mobilliyi, ikili diplom proqramları, birgə elmi tədqiqat, professor-müəllim heyətinin ixtisasartırması barədə müzakirələr aparıb.

Elm və təhsil 2022-06-23 19:21:00