İsmayıllıda 1 tondan çox narkotik tərkibli bitki məhv edilib
Bakı, 23 iyun, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbir nəticəsində Xanagah kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, ümumi çəkisi 1 ton 295 kiloqram olan 1850 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
FHN: Babadağ dağında həlak olduğu bildirilən şəxsin axtarışında drondan istifadə edilir
FHN: Ötən sutka ərzində 32 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ötən gün ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
Binəqədi və Səbail rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub