Azərbaycanla İran arasında birgə idman tədbirlərinin təşkili məsələləri müzakirə olunub
Bakı, 23 iyun, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin Daimi Şurasının Bakıda keçirilən 3-cü iclası çərçivəsində iyunun 23-də Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov iranlı həmkarı Həmid Səccadi ilə görüşüb.
AZƏRTAC Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, İran İslam Respublikasının idman və gənclər naziri tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, bundan sonra əməkdaşlığın daha da genişləndirilməsi, birgə idman tədbirlərinin təşkili hər iki tərəf üçün faydalı ola bilər.
Səmimi sözlərə görə iranlı həmkarına təşəkkür edən gənclər və idman naziri təkliflər barədə eyni fikirdə olduğunu söyləyib. O, bu günlərdə Xəzər dənizində, açıq suda üzmə yarışının təşkil olunacağını bildirib. Son vaxtlar ölkəmizdə reallaşdırılan idman yarışları barədə məlumat verən Fərid Qayıbov birgə təlim-məşqlər və yarışların təşkilinin mümkünlüyünü vurğulayıb.
Nazir görüşdə qeyd edilən təkliflərin dəyərləndiriləcəyini də bildirib.
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir
Premyer Liqa: "Qəbələ" "Qarabağ" səfərindən xalla qayıdıb
Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir
Nurlana Məmmədzadə: Bədii gimnastika ölkəmizdə qızlar arasında ən populyar idman növüdür