Latviya Həyat Elmləri və Texnologiyaları Universiteti ilə Xəzər Universiteti arasında müqavilə imzalanıb
Bakı, 23 iyun, AZƏRTAC
Latviya Həyat Elmləri və Texnologiyaları Universiteti ilə Xəzər Universiteti arasında ikitərəfli əlaqələrin inkişafına dair müqavilə imzalanıb.
Bu barədə AZƏRTAC-a Xəzər Universitetindən məlumat verilib.
Görüşdə Xəzər Universitetinin rektoru İradə Xəlilova, beynəlxalq əlaqələr üzrə prorektor Vlad Verniqora, Latviya Həyat Elmləri və Texnologiyaları Universitetinin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri Voldemars Baris, universitetin Müşahidə Şurasının sədri Laimdota Straujuma, Latviyanın ölkəmizdəki səfirliyinin müşavirləri Vija Busa, Elmira Mirzəyeva və başqaları iştirak ediblər.
Tərəflər təhsil müəssisələri arasında tərəfdaşlıq və akademik əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparıblar.
Qeyd edək ki, Latviya Həyat Elmləri və Texnologiyaları Universiteti elmi tədqiqatların, eləcə də akademik və peşəkar təhsil proqramlarının həyata keçirildiyi ali təhsil və elm müəssisəsidir.
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron qeydiyyat mərhələsinin nəticələri elan olunub
Bu il Azərbaycan İlahiyyat İnstitutunu 50 tələbə bitirir
İslahat Könüllülərinin “Vikipediya- virtual reallıq” təlimlərinə start verilib
Magistraturaya qəbul üçün 10 minə yaxın bakalavr ərizəsini təsdiq edib
Dilçilik İnstitutunda Vahidə Cəfərzadənin 70 illik yubileyi qeyd edilib