×
A
A
A
Sazlamalar

Qətərlə investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Bakı, 23 iyun, AZƏRTAC

Dohada İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Qətər Ticarət və Sənaye Palatasının nümayəndələri arasında görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Qətər arasında ticarət-investisiya əməkdaşlığının genişləndirilməsi, ölkələrimizin biznes dairələri arasında işgüzar münasibətlərin inkişaf etdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Qətərdəki səfirliyinin nümayəndələri də iştirak ediblər.

 

İqtisadiyyat 2022-06-23 18:58:00