UFAZ-da bakalavr proqramlarına qəbul ilə bağlı “Açıq mikrofon” günü
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2022-2023-cü tədris ili üzrə bakalavr proqramlarına qəbul ilə bağlı valideynlər və abituriyentlər üçün “Açıq mikrofon” günü keçirilib.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Tədbirdə iştirak edən ADNSU-nun rektoru professor Mustafa Babanlı Azərbaycan-Fransız Universitetinə qəbul və qeydiyyat prosesi, UFAZ imtahanı, universitetin maddi-texniki bazası, həmçinin təhsil müəssisəsində tədris proqramları barədə məlumat verib, abituriyentlərin və onların valideynlərinin suallarını cavablandırıb.
Qeyd edək ki, UFAZ-da 2022-2023-cü tədris ili üzrə bakalavr proqramlarına qəbul imtahanı üçün qeydiyyat avqustun 1-dək davam edəcək. UFAZ-a qəbul imtahanı avqustun 4-də keçiriləcək.
Bakı Dövlət Universitetində magistratura pilləsi üzrə vergi hüququ ixtisası yaradılır
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron qeydiyyat mərhələsinin nəticələri elan olunub
Bu il Azərbaycan İlahiyyat İnstitutunu 50 tələbə bitirir
İslahat Könüllülərinin “Vikipediya- virtual reallıq” təlimlərinə start verilib
Magistraturaya qəbul üçün 10 minə yaxın bakalavr ərizəsini təsdiq edib