×
A
A
A
Sazlamalar

KOBİA Asiya İnkişaf Bankı ilə sosial sahədə birgə təşəbbüslərin reallaşdırılmasında maraqlıdır

Bakı, 23 iyun, AZƏRTAC

Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin Sosial məsələlər şöbəsinin müdiri Rie Hiraoka Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Rie Hiraoka arasında keçirilmiş görüşdə Asiya İnkişaf Bankı ilə sosial sahədə birgə təşəbbüslərin reallaşdırılmasına maraq ifadə olunub, əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Görüşdə KOBİA-nın sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə də məlumat verilib.

İqtisadiyyat 2022-06-23 18:38:00