“Laskovıy may” qrupunun solisti vəfat edib
Bakı, 23 iyun, AZƏRTAC
Məşhur “Laskovıy may” qrupunun solisti Yuri Şatunov 48 yaşında dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, qəfildən halı pisləşən müğənni üçün təcili yardım çağırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Şatunov infarktdan dünyasını dəyişib.
1986-1988-ci illərdə Şatunovun da tərkibində olduğu "Laskovıy may" qrupu "Ağ qızılgül", "Qoy, axşam olsun", "Yay" və "Əriyən qar" kimi mahnılarla böyük məşhurluq qazanıb.
Azərbaycanlı orqan ifaçısı Latviyada konsertlə çıxış edib
“Universal Pictures” Rusiyanı tərk edir
Tbilisi Dövlət Konservatoriyasında “Nizaminin xatirəsinə” simfoniyası səsləndirilib VİDEO