Siyəzəndə şahmat üzrə rayon birinciliyi keçirilib
Siyəzən, 23 iyun, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə 26 İyun - Silahlı Qüvvələr gününə həsr olunan yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər Mərkəzində iki gün davam edən turnirdə 40 şahmatçı qalib adı uğrunda mübarizə aparıb.
Yarışın yekun nəticəsinə əsasən qızlar arasında Fidan Zərbəliyev I, Məryəm Qubanlı II, Qızılgül Həsənova III yeri tutub. Oğlanların yarışında isə Yavər Adayev I, Amid Allahverdiyev II, Muhamməd Paşazadə isə III olub.
Təltif olunma mərasimində yarışın qaliblərinə təşkilatçılar tərəfindən fəxri fərman, medal və hədiyyələr təqdim edilib.
Abşeronda şəhid Rəhim Hüseynovun 38-ci doğum günü qeyd olunub
TDT-yə üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin Şuşada keçirilən konfransı başa çatıb
Türkiyədə müalicə alan qazimiz doğma kəndinə qayıdıb
Sabunçu rayonunun müəllimləri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar
Türkiyədə təcrübə keçmiş Mingəçevir Dövlət Universitetinin səkkiz əməkdaşı ilə görüş keçirilib