×
A
A
A
Sazlamalar

Pərakəndə ticarətdə istehlakçılara 17,7 milyard manatlıq ərzaq, içkilər və tütün məmulatları satılıb

Bakı, 23 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17,7 milyard manatlıq, o cümlədən 10,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz artıb.
Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 201,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları alıb.

İqtisadiyyat 2022-06-23 18:32:00