Gənc kadrların dövlət qulluğuna irəli çəkilməsi diqqət mərkəzində saxlanılır
Ağsu, 23 iyun, AZƏRTAC
Ağsu rayonunda 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində Heydər Parkına gələrək, Ulu Öndərin abidəsini ziyarət edib, önünə çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.
Rayon icra hakimiyyətində keçirilən yığıncağı icra başçısı Rövşən Bağırov açaraq dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, məsul vəzifələrində onlara uğurlar arzulayıb. İcra başçısı müstəqil Azərbaycanda dövlət qulluğunun formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin xüsusi xidmətləri olduğunu diqqətə çatdırıb.
Tədbirdə RİH başçısının birinci müavini Füzuli Kərimlinin məruzəsi dinlənilib, çıxışlar olub. Bildirilib ki, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ölkəmizdə bu sahədə vahid dövlət siyasətinin formalaşdırılmasının əsasını qoyub. Azərbaycanda dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatları, qazanılan uğurları diqqətə çatdıran natiqlər bu sahədə Prezident İlham Əliyevin gördüyü tədbirlərdən də ətraflı bəhs ediblər. Qeyd olunub ki, bu gün respublikamızda, o cümlədən Ağsu rayonunda dövlət qulluğu üçün kadrların seçilməsi, yerləşdirilməsi, onların ixtisas hazırlıqlarının artırılması, attestasiyası, sosial müdafiəsi və digər məsələlər diqqət mərkəzindədir. Bildirilib ki, hazırda rayonda 136 nəfər dövlət qulluqçusu var ki, onların da 40 faizindən çoxu gəncdir. Rayonda gənc kadrların dövlət qulluğuna irəli çəkilməsi diqqətdə saxlanılır.
Təntənəli yığıncağın sonunda dövlət qulluğunda fərqlənənlərə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Abşeronda şəhid Rəhim Hüseynovun 38-ci doğum günü qeyd olunub
TDT-yə üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin Şuşada keçirilən konfransı başa çatıb
Türkiyədə müalicə alan qazimiz doğma kəndinə qayıdıb
Sabunçu rayonunun müəllimləri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar
Türkiyədə təcrübə keçmiş Mingəçevir Dövlət Universitetinin səkkiz əməkdaşı ilə görüş keçirilib