Akademik Musiqili Teatrda "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq
Bakı, 23 iyun, AZƏRTAC
İyulun 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qürur mənbəyimiz olan şəhidlərə, qazilərə, əsgər övladlarımıza və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunan "Bir nəfəs qədər" tamaşası yenidən nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artistlər Leyla Ağayeva və Zakir Ağayev, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev, eləcə də orkestr və balet artistləri iştirak edirlər
Qeyd edək ki, səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır. Ana inanır ki, oğlu nə vaxtsa mütləq qayıdacaq. Qaranlıq, uzun gecələrin birində ana sanki arzusuna çatır. Əslində isə xəyal və gerçəklik arasında övladının yoxluğu ilə barışmaq məcburiyyətində qalır.
YARAT-da “Cənnət gözləyə bilər” adlı fərdi və “Yeddinci tənhalıq” adlı qrup sərgiləri açılıb
Teatr kollektivi Xalq artisti Siyavuş Aslanın xatirəsini anıblar
Azərbaycan təmsilçisi Kazanda “Dünya mirvarisi-2023” titulunu qazanıb
Təl-Əvivdə “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərgi açılıb
Filarmoniyada Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq