×
A
A
A
Sazlamalar

Monpelye Universitetinin doktorantı Geologiya və Geofizika İnstitutunun seminarında çıxış edib

Bakı, 23 iyun, AZƏRTAC

AMEA-nın Geologiya və Geofizika İnstitutunda gənc alim və mütəxəssislərin elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda AMEA-nın Yer Elmləri Bölməsinə daxil olan müəssisələrin gənc alim və mütəxəssisləri, eləcə də xarici qonaqlar iştirak ediblər. Seminarı giriş sözü ilə açan institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fatma Süleymanova Fransanın Monpelye Universitetinin doktorantı Lukas Dugerdili seminar iştirakçılarına təqdim edib.
Seminarda Lukas Dugerdil “Paleoiqlim haqqında anlayışımızı necə təkmilləşdirə bilərik? Avrasiyanın quraq torpaqlarının Son Holosen dövrünün nümunəsi” mövzusunda məruzə ilə çıxış edib. O, dəqiq kəmiyyət rekonstruksiyalarını təmin etmək üçün tələb olunan kalibrləmə prosesinə xüsusi diqqət yetirilməklə, kontinental göl çöküntü nüvələrində (üzvi geokimya, polen və XRF) qeydə alınmış bəzi paleoklimat rekonstruksiya proksiləri təqdim edib.
Gənc mütəxəssis daha sonra sualları cavablandırıb.

Elm və təhsil 2022-06-23 17:21:00