×
A
A
A
Sazlamalar

Hindistanda daşqın qurbanlarının sayı 100 nəfəri ötüb

Bakı, 23 iyun, AZƏRTAC

Hindistanın şimal-şərq hissəsində yerləşən Assam ştatında mayın ortalarından başlayan güclü daşqınlar nəticəsində ölənlərin sayı 101 nəfərə çatıb.
AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, ötən sutka ərzində daha 12 nəfər təbii fəlakətin qurbanı olub. Güclü musson yağışlarının səbəb olduğu daşqınlardan 5,45 milyon insan zərər çəkib. Brahmaputra çayında və onun qollarında suyun səviyyəsi normadan yüksək olaraq qalır, ştatdakı 36 dairədən 32-sində geniş ərazilər su altında qalıb.
Telekanalın məlumatına görə, 218 yol və 20 körpü zədələnib, həmçinin Kamrup rayonunda iki bənd dağılıb.

 

 

Dünya 2022-06-23 17:05:00