×
A
A
A
Sazlamalar

Ucarda yaş barama tədarükü başa çatıb

Ucar, 23 iyun, AZƏRTAC

Ucar kümçüləri yaş barama tədarükünü başa çatdırıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, builki mövsümdə 63 kümçü tərəfindən 320 qutu (6213 qram) ipəkqurdu toxumu bəslənilib, “Azərİpək” MMC-yə 4 ton 945 kiloqram yaş barama təhvil verilib.
Qeyd edək ki, baramaçılıq Ucar rayonunda ənənəvi təsərrüfat sahələrindəndir. Hazırda bölgədə xeyli təcrübəli kümçü var və onlar cari mövsümdə də yaxşı məhsul əldə etməyə nail olublar. Belə ki, Xələc kəndindən kümçü Azad Abdullayev 280 kiloqram, Yuxarı Şilyan kəndindən Cabir Hacıyev 183,6 kiloqram, Lək kəndindən Ağarəhim Tağıyev 141,1 kiloqram yaş barama yetişdiriblər.

 

Kənd təsərrüfatı 2022-06-23 17:01:00