×
A
A
A
Sazlamalar

“Pasha Yatırım Bankası” istiqrazları üzrə kupon ödənişlər həyata keçirilib

Bakı, 23 iyun, AZƏRTAC

Milli Depozit Mərkəzi (MDM) tərəfindən “Paşa Yatırım Bankası” anonim şirkətinin istiqrazları üzrə 303 min 125 ABŞ dolları həcmində kupon ödənişləri həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə MDM-dan verilən məlumatda bildirilir.

Maliyyə 2022-06-23 16:56:00