“SABAH” qruplarına müəllim seçiminin vaxtı uzadılıb
Bakı, 23 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin “SABAH” qruplarında 2022-2023–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər işə dəvət olunur.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.
Qeyd edilən tələblərə cavab verən namizədlər iyunun 26-sı saat 23.59-dək müraciət edə bilərlər.
Müsabiqə barədə ətraflı məlumatı Təhsil Nazirliyinin saytındakı link vasitəsilə əldə etmək olar.
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron qeydiyyat mərhələsinin nəticələri elan olunub
Bu il Azərbaycan İlahiyyat İnstitutunu 50 tələbə bitirir
İslahat Könüllülərinin “Vikipediya- virtual reallıq” təlimlərinə start verilib
Magistraturaya qəbul üçün 10 minə yaxın bakalavr ərizəsini təsdiq edib
Dilçilik İnstitutunda Vahidə Cəfərzadənin 70 illik yubileyi qeyd edilib