×
A
A
A
Sazlamalar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şamaxıda vətəndaşları qəbul edib

Şamaxı, 23 iyun, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Azad Rəhimov iyunun 23-də Şamaxıda Qobustan, İsmayıllı, Ağsu və Şamaxıdan olan vətəndaşları qəbul edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, general-polkovnik Azad Rəhimov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə çiçəklər düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Sonra Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının binasında vətəndaşların müraciətinə baxılıb. Müraciətlər əsasən hərbi xidmətə qəbul, mülki işə qəbul, xidmət yerlərinin müəyyənləşdirilməsi, Qarabağ müharibəsi veteranı adının verilməsi, həqiqi hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar yaşadıqları əraziyə yaxın hərbi hissələrdə xidmət keçmələrinə kömək göstərilməsi və digər məsələlərlə bağlı olub.
Müraciətlərin bir çoxu yerindəcə hallini tapıb. Araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb. Bir sıra müraciətlərlə əlaqədar qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara hərtərəfli izah edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması və baxılması üçün qeydiyyata alınıb.

Regionlar 2022-06-23 16:39:00