Təlimlərdə iştirak edən siyəzənli gənclər diplomlarla təltif ediliblər
Siyəzən, 23 iyun, Elxan Yusifli, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyində 2 aya yaxın davam edən “Əsas həyat bacarıqları” təlim proqramına yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimlər zamanı gənclərə “Stresin idarə olunması”, “Emosional tənzimləmə”, “Özünü qiymətləndirmə”, “Mübahisələri həlletmə”, “Münasibətlərin idarə edilməsi”, “Qərar qəbuletmə”, “Tənqidi və kreativ düşünmə” və s. mövzulardan məlumatlar verilib. Bununla yanaşı, təlimlərdə müxtəlif praktiki tapşırıqlar, qrup işləri və enercayzerlər təşkil edilib.
“Əsas həyat bacarıqları” təlim proqramı üzrə fasilitator Toğrul Mehdili tərəfindən keçirilən təlimi başa vuran gənclər diplomla təltif olunublar.
Ağsuda gənclər üçün təşkil olunan yay düşərgəsi uğurla yekunlaşıb
İlk şəhid həkim Şöhrət Qasımovun xatirəsi anılıb
Sumqayıtda Vətən müharibəsi şəhidlərin xatirəsi anılıb
İmişlidə 69 min tondan çox taxıl istehsal olunub
“Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib