×
A
A
A
Sazlamalar

Paytaxtın bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı, 23 iyun, AZƏRTAC

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

İqtisadiyyat 2022-06-23 16:05:00