×
A
A
A
Sazlamalar

Fərid Mansurov: Olimpiya dəyərlərini yeniyetmə və gənc idmançılara ötürmək biz olimpiyaçıların borcudur

Bakı, 23 iyun, Həşim Güləmirov, AZƏRTAC

Bu gün Bakıda keçirilən Beynəlxalq Olimpiya Gününə həsr olunmuş tədbir, həmçinin Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunub. Demək, bu gün bizim üçün ikiqat bayramdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Olimpiya çempionumuz Fərid Mansurov deyib.
“Başda Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev olmaqla bütün olimpiyaçılarımızı, idmançılarımızı bu gün münasibətilə təbrik edirəm. Olimpiya dəyərlərini yeniyetmə və gənc idmançılara ötürmək və bu yolda onlara əlimizdən gələn köməyi əsirgəməmək biz olimpiyaçıların müqəddəs borcudur. Ümid edirəm ki, tədbirdə iştirak edən gənc idmançılar gələcəyin Olimpiya çempionları olacaqlar. Biz özümüz də yeniyetmə yaşlarımızda bu cür tədbirlərdə, qaçış yarışlarında iştirak etmişik. Bu tədbirlərin keçirilməsi həm də yeniyetmələrin idmana cəlb edilməsi üçün çox vacibdir”, - deyə F.Mansurov qeyd edib.

İdman 2022-06-23 15:56:00