Şimal regionunda 10 minə yaxın şagird yay məktəbində dərslərə cəlb olunub
Quba, 23 iyun, Elxan Yusifli, AZƏRTAC
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 186 mərkəz üzrə 9 min 797 şagird yay məktəbində dərslərə cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qubada 82 məktəbdə 5 min 287 şagird, Qusarda 40 məktəbdə 1450 şagird, Xaçmazda 29 məktəbdə 1092 şagird, Siyəzəndə 12 məktəbdə 691 şagird, Şabranda isə 23 məktəbdə 1277 şagird yay məktəbində dərslərdə iştirak edir.
İyunun 30-dək davam edəcək yay məktəbləri ödənişsiz və könüllü əsaslarla təşkil olunub. Yay məktəblərinin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsidir.
Bərdədə “Dastana dönən şəhid” filminin təqdimatı olub
ADAU və Ege Universiteti arasında ikili diplom proqramı çərçivəsində görülən işlər müzakirə olunub
Ağdamda yeni inşa edilmiş kənd kitabxanası istifadəyə verilib
Naftalanda zərərli vərdişlərlə mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib
Ağdam rayonunda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir təşkil olunub