Livan Prezidenti yeni Baş nazirin müəyyən edilməsi üçün məsləhətləşmələr aparır
Qahirə, 23 iyun, AZƏRTAC
Livan Prezidenti Mişel Aun yeni Baş nazirin müəyyən edilməsi üçün parlament fraksiyalarının rəhbərləri ilə danışıqlar aparır.
AZƏRTAC rəsmi NNA agentliyinə istinadla xəbər verir ki, ötən ay Livanda keçirilmiş parlament seçkilərindən sonra hazırkı Baş nazir Nəcib Mikati parlamentdən dəstək almalıdır. Onun başçılıq etdiyi hökumət oktyabra qədər öz fəaliyyətini davam etdirəcək, lakin həmin tarixdə Prezident Mişel Aunun da altıillik prezidentlik müddəti başa çatır və ölkədə yeni seçkilər olacaq. Livan hökumətinin rəhbəri vəzifəsinə ölkənin BMT-dəki keçmiş daimi nümayəndəsi Nəvaf Salamın da namizədliyi irəli sürülür. Onun namizədliyini Katib partiyası dəstəkləyir.
Livan tarixinin ən dərin sosial-iqtisadi böhranı, milli valyutanın 90 faiz dəyər itirməsi fonunda hökumətin əsas vəzifəsi kreditlərin ayrılması üzrə Beynəlxalq Valyuta Fondu ilə danışıqların davam etdirilməsidir. Baş nazir Mikati ölkənin güclü siyasi hərəkatı olan “Hezbollah” və “Amal” hərəkatlarının dəstəyini qazana bilib. Parlamentdəki iki xristian fraksiyası isə onun namizədliyinə qarşıdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Türkiyə Prezidenti Ukraynaya səfər edəcək
BMT-nin Baş katibi Lvovda Ukrayna və Türkiyə prezidentləri ilə görüşəcək
ABŞ-ın birinci xanımı koronavirusa yoluxub
Malayziyanın Kralı Türkiyədə rəsmi səfərdədir
“Zaporojye” AES-də qəza baş verərsə, 400 mindən çox insan məcburi təxliyə ediləcək