×
A
A
A
Sazlamalar

Avropa Parlamenti Ukrayna və Moldovanın Aİ üzvlüyünə namizəd statusu haqqında qətnamə qəbul edib

Kiyev, 23 iyun, AZƏRTAC

Cümə axşamı, iyunun 23-də Avropa Parlamenti Ukrayna və Moldovaya Avropa İttifaqı üzvlüyünə namizəd statusu verilməsini dəstəkləyən qətnamə qəbul edib.
AZƏRTAC bu barədə Avropa Parlamentinin deputatı Vladimir Bilçikin tviter səhifəsində məlumatına istinadla xəbər verir.
Bilçik yazır: “Avropa Parlamenti Ukrayna, Moldova və Gürcüstanın Aİ üzvlüyünə namizəd statusu haqqında qətnaməni böyük səs çoxluğu ilə qəbul edir: səsvermənin yekunları Avropa İttifaqının bugünkü iclası ərəfəsində Ukrayna və Moldova üçün namizədlik statusunun dəstəklənməsini göstərən ciddi siqnaldır”.
Avropa İttifaqının parlamentinin 529 deputatı qətnaməni dəstəkləyib, 45 deputat qətnamənin əleyhinə səs verib, 14 deputat bitərəf qalıb.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2022-06-23 15:26:00