Britaniyanın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə minib
Bakı, 23 iyun, AZƏRTAC
Böyük Britaniyada bir sıra məhsulların və texnologiyaların Rusiyaya ixracına dair yeni qadağalar qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, Britaniya hökumətinin saytında dərc olunan sənədə görə, məhdudiyyətlər əsasən Rusiyada funt sterlinq və avro banknotlarından istifadəyə, dəniz sektoru və neft emalı sahəsinə aid məhsullara, həmçinin kimyəvi və bioloji silahların istehsalına aid texnologiyalara şamil edilir. Qadağalara, həmçinin bu kateqoriyadan olan məhsulların servisi, maliyyə və ya broker xidmətlərinin göstərilməsi də daxildir.
Sənəddə Rusiyadan gəlir əldə etmək məqsədi daşıyan malların idxalına yeni qadağanın iyunun 22-dən qüvvəyə mindiyi deyilir.
ABŞ Ukraynaya yeni hərbi yardım paketi təqdim etməyə hazırlaşır
Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub
Rusiyada 82,2 min hektar meşə sahəsi yanır
Danimarka yeni hərbi gəmilər almaq üçün 5,3 milyard avro sərf edəcək