×
A
A
A
Sazlamalar

Polisin qanuni tələblərinə məhəl qoymayan “Lexus” markalı avtomobilin sürücüsü saxlanılıb

Bakı, 23 iyun, Həsrət Mahmudova, AZƏRTAC

İyunun 22-də saat 17 radələrində Biləcəri qəsəbəsi ərazisində “Lexus” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarında sürücü, Bakı şəhər sakini Hümbət Nəbiyevin narkotik vasitə istifadə etməsi şübhə yaradıb. Onu tibbi müayinəyə aparmaq istəyərkən sürücü polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərib.
H.Nəbiyev saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə təhvil verilib.

Hadisə 2022-06-23 14:47:00