İrakli Qaribaşvili: Hökumət ölkədə sülhün, sabitliyin qorunması və inkişaf üçün hər şeyi edəcək
Tbilisi, 23 iyun, AZƏRTAC
Gürcüstan hökuməti və hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası ölkədə sülhün, sabitliyin qorunması və inkişaf üçün hər şey edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdəki çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Gürcüstanın gələcəyi Avropa ilə bağlıdır. Gürcüstan hökuməti əlindən gələni edəcək ki, gürcü xalqı daha yaxşı yaşasın, ölkə daha çox tərəqqiyə, inkişafa nail olsun.
Baş nazir deyib: “Bizim komanda sülhün, sabitliyin qorunması və ölkənin inkişafı üçün hər şeyi edəcək və bu yolda heç kim bizə maneə ola bilməz. Əgər kimsə, hansısa yolla sabitliyi pozmağa cəhd etsə, biz, xalqımızın əmin-amanlığı və firavanlığını qorumaq üçün bütün qanuni vasitələrdən istifadə edərək bunun qarşısını alacağıq”.
“Ölkəmizin, xalqımızın əmin-amanlığını qılıncla, odla qoruyacağıq və buna heç kimin şübhəsi olmasın”, – deyə Qaribaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
İstanbulda Türkiyənin ən böyük universitet kitabxanası istifadəyə verilib
2022-ci il İspaniyada yanğın üzrə bütün antirekordları qırıb
Omsk vilayətində beşmərtəbəli binanın bir hissəsi uçub
Misir hökuməti qaz və elektrik enerjisi istehlakında qənaət rejimi elan edib
Bolqarıstanda meşə yanğınları səbəbindən beynəlxalq əhəmiyyətli avtomobil yolu bağlanıb