Çexiya 2023-cü il martın sonunadək Rusiya və Belarus vətəndaşlarına viza verməyəcək
Bakı, 23 iyun, AZƏRTAC
Çexiya 2023-cü il mart ayının sonuna qədər humanitar vizalar istisna olmaqla, rusiyalılara və beloruslara viza və müvəqqəti yaşayış icazəsi verməyəcək.
AZƏRTAC xəbər verir ki, Çexiya Milli Mətbuat və İnformasiya Agentliyinin məlumatına görə, XİN-in müvafiq qərarı ölkə hökuməti tərəfindən dəstəklənib. Qərar artıq yaşamaq icazəsi olan və onu uzatmaq istəyən Rusiya və Belarus vətəndaşlarına, həmçinin Çexiyada yaşamaq icazəsi olan əcnəbilərin ailə üzvlərinə şamil edilmir.
Məlumatda qeyd olunur ki, bu addım Çexiyanın xarici siyasət maraqlarını və təhlükəsizliyini təmin etmək, həmçinin Rusiyaya və Moskvanın Ukraynaya təcavüzünü dəstəkləyən Belarusa təzyiq göstərmək məqsədi daşıyır.
Xatırladaq ki, Çexiya fevralın 24-də Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb. Praqa, eyni zamanda, bu ölkənin Karlovı Varı və Brnodakı konsulluqlarının iş icazəsini ləğv etmək, həmçinin Çexiyanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki konsulluq idarələrini müvəqqəti bağlamaq barədə qərar qəbul edib.
İstanbulda Türkiyənin ən böyük universitet kitabxanası istifadəyə verilib VİDEO
2022-ci il İspaniyada yanğın üzrə bütün antirekordları qırıb
Omsk vilayətində beşmərtəbəli binanın bir hissəsi uçub
Misir hökuməti qaz və elektrik enerjisi istehlakında qənaət rejimi elan edib