Mikrobiologiya İnstitutunda magistrantların yay imtahan sessiyası davam edir
Bakı, 23 iyun, AZƏRTAC
AMEA Mikrobiologiya İnstitutunda 2021-2022-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iyunun 23-də mikrobiologiya ixtisası üzrə təhsil alan magistrantlar mikroorqanizmlərin sistematikası fənnindən imtahan veriblər. Tələbələr imtahan suallarını ayrılmış vaxt müddətində yazılı olaraq cavablandırıblar. Cavablar fənn müəllimi, dosent İradə Babayeva tərəfindən qiymətləndirilib.
İmtahanda institutun Təhsil şöbəsinin müdiri Aygün Qasımova iştirak edib.
Qeyd edək ki, Mikrobiologiya İnstitutunda yay imtahan sessiyası iyunun 28-də başa çatacaq.
Tarix Muzeyində gil araba modeli qorunur
BDU-nun Şərqşünaslıq fakültəsi tələbələrinin Beynəlxalq Debat yarışlarında iştirakı yekunlaşıb
ADPU ilə Azərbaycana Birgə Yardım Təşkilatı arasında anlaşma memorandumu imzalanıb
Ədəbiyyat İnstitutunda “Vərəqlərin günahı” kitabının təqdimatı olub
BDU-nun nəşri olan Türk dünyasının riyaziyyata aid elmi jurnalı yüksək təsir əmsalı qazanıb