Azərbaycanda Rumıniyanın 95 adda dərman preparatı qeydiyyatdan keçib
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycanda Rumıniyanın 95 adda dərman preparatı qeydiyyatdan keçib.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında çıxışı zamanı səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.
O, vərəm, QİÇS və xəstəxanaların akkreditasiyası ilə bağlı layihələr çərçivəsində hər iki ölkənin ekspertlərinin qarşılıqlı səfərlərinin təşkil olunduğunu da diqqətə çatdırıb.
"Səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var", - deyə nazir müavini vurğulayıb.
Çay ya yeməkdən 1-2 saat əvvəl, ya da 1-2 saat sonra qəbul edilməlidir
Elmi-Tədqiqat Pediatriya İnstitutunda tibb işçiləri üçün təlim keçirilib
ÜST-nin həyata keçirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində vebinar keçirilib
Avtomobil qəzası nəticəsində ağır yaralanan məktəbli sağlamlığına qovuşub