×
A
A
A
Sazlamalar

“Lənkəran məktəblilərinin yay festivalı”na start verilib

Lənkəran, 23 iyun, AZƏRTAC

İyunun 23-də Təhsil Nazirliyi, Lənkəran Peşə Liseyi və “Carnaval” otelin dəstəyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Lənkəran məktəblilərinin yay festivalı”na start verilib.
Festival Lənkəran Peşə Liseyinin "Peşə vadisi" və “Carnaval” otelinin ərazisində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, festivalda Lənkəran və Astara üzrə ümumtəhsil məktəblərindən 700 şagird, 100-dən çox valideyn və müəllim, eyni zamanda, bölgənin ölkə üzrə nüfuzlu ziyalıları, təhsil işçiləri, deputatlar və ictimai xadimlər iştirak edirlər.
Festivalda “Yay məktəbi” çərçivəsində bilik yarışmaları, futbol oyunları keçirilir, fənlər üzrə nümunəvi dərslər tədris edilir, həmçinin peşə təmayüllü siniflərin, STEAM layihəsinin şagirdlərinin yaradıcılıq sərgisi nümayiş olunur. Eyni zamanda, festival çərçivəsində milli mətbəx nümunələri, rəsm və kitab sərgisi ilə də tanış olmaq mümkündür.
Tədbirin bədii hissəsində tamaşa və konsert proqramı da nəzərdə tutulub.

Regionlar 2022-06-23 14:02:00