Botanika İnstitutunun əməkdaşları Yardımlıda tədqiqat aparıblar
Bakı, 23 iyun, AZƏRTAC
AMEA Botanika İnstitutu Mikologiya şöbəsinin müdiri dosent Dilzarə Ağayeva və kiçik elmi işçilər Elgün Mustafabəyli, Aytac Əliməmmədova, böyük laborantlar Aygün Bağırova, Elnarə İsgəndərli Yardımlı rayonunda ekspedisiyada olublar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, ekspedisiya zamanı Komani, Çəçəkli yaylası, Peştəsər, Nisəqala, Qaraqaya, Ləpəy kəndləri ərazisindən həm mikro, həm də makromiset nümunələri toplanıb. “Qırmızı Kitab”ın 3-cü cildi üçün nəzərdə tutulan növlər üzrə də axtarış aparılıb və iki növün bitmə yeri, GPS koordinatları, vəziyyəti və təhlükələri dəqiqləşdirilib. Ümumilikdə 20 növədək makromiset nümunəsi toplanıb, 14-ü növ, 6-sı isə cins səviyyəsinədək təyin edilib. Həmçinin müxtəlif ağac, kol və ot bitkiləri üzərində mikromiset nümunələri toplanıb və sahib bitkiyə nəzərən ilkin təyinat aparılıb.
Görkəmli alim Aslan Məmmədlinin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Sosial elmlər üzrə gənc tədqiqatçıların beynəlxalq konfransı başa çatıb
Amerikalı mütəxəssis Mədəniyyət və İncəsənət Universitetində olub
DİM: Qabiliyyət imtahanının təkrar keçirilməsi ilə bağlı müraciətlərə baxılmır
“Yüksəliş” müsabiqəsinin qabiliyyət üzrə yoxlama imtahanı keçiriləcək