“Akademik yazı” modulu üzrə təlimləri uğurla bitirən şəxslərə sertifikatlar verilib
Bakı, 23 iyun, AZƏRTAC
Təhsil İnstitutunun doktorantları və tədqiqatyönümlü şöbələrinin əməkdaşlarının akademik tədqiqat haqqında bilik və bacarıqlarının artırılması məqsədilə “Optimal Solutions” MMC-nin təlim mərkəzi tərəfindən keçirilən təlimlər davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanda təhsil sahəsində yüksək keyfiyyətli tədqiqatlarının artmasına nail olmaqdır. Təlimlərin ümumilikdə 20 nəfərdən ibarət 2 qrup üçün “Tədqiqat metodları”, “Akademik yazı” və “Statistik və analitik təhlil” modullarından ibarət olması nəzərdə tutulub.
“Akademik yazı” modulu üzrə təlim artıq başa çatıb. Təlimləri “Optimal Solutions” MMC-nin təlimçisi və ADA Universitetinin baş müəllimi Lalə Cumayeva aparıb. Sonda təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim olunub.
“Statistik və analitik təhlil” modulu üzrə təlimin payız aylarında başlanması gözlənilir.
Qeyd edək ki, layihə çərçivəsində təlimlər yekunlaşdıqdan sonra iştirakçıların tanınmış beynəlxalq jurnallarda nəşr olunmaq məqsədilə məqalələr yazması üçün mentorluq fəaliyyətinin göstərilməsi də nəzərdə tutulub.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır