×
A
A
A
Sazlamalar

Qaxda gənclərin hüquqlara çıxış imkanları ilə bağlı təlim təşkil edilib

Qax, 23 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Gənclər və İdman Nazirliyi və Avropa Şurası Gənclər Departamenti arasında xüsusi ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində keçirilən “Gənclərin hüquqlara çıxışı” adlı təlim-seminarın davamı olaraq Qax rayon Gənclər və İdman İdarəsi tərəfindən fəal gənclərlə görüş keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Gənclər və İdman İdarəsinin rəis müavini Elvin Həsilov məlumat verib.
Qax rayon Heydər Əliyev Mərkəzində təşkil edilən görüşdə gənclərin iştirakçılığını, qərarlara təsir və hüquqlara çıxış imkanlarını təşviq etmək və digər istiqamətlər üzrə müzakirələr aparılıb. Bundan əlavə, görüşdə insan hüquqları və təhsili vasitəsi ilə sosial hüquqların gənclərə öyrədilməsi üçün olan “Ləyaqət ölkəsi” adlı oyun da təşkil edilib.

Regionlar 2022-06-23 13:30:00