Turizm və Menecment Universitetində seminar: Mən öz gələcəyimi seçirəm
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) tələbə-gənclər arasında narkomaniyaya qarşı maarifləndirmə işinin təşkili və sağlam həyat tərzinin təbliği məqsədilə “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar təşkil edilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, ATMU-nun Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi Lalə Qafarova və tələbələrin qatıldığı seminarda çıxış edən Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Əliyev tədbirin maarifləndirmə məqsədilə keçirildiyini vurğulayıb. Muğan Əliyev narkomaniya və onun fəsadları, tütünə qarşı mübarizənin vacibliyi, sağlam həyat tərzinin formalaşmasında informasiya qıtlığının aradan qaldırılması yolları və s. məsələlərə aydınlıq gətirib, iştirakçılara bukletlər təqdim edib.
Naxçıvan Dövlət Universiteti hərbi tibb ixtisası üzrə əlavə sənəd qəbulu elan edir
Xəzər Universitetində “Açıq qapı” günləri keçirilir
Məqalə müsabiqəsi: Şuşanın sosial-iqtisadi dirçəldilməsi Azərbaycanın tərəqqisinin yeni zirvəsidir
Pedaqoji Universitetdə təlim: Tədqiqat məqalələrinin yazılması və nəşri