Taekvondo üzrə kişilərdən ibarət milli komandaya yeni baş məşqçi təyin olunub
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin növbəti toplantısı keçirilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, toplantıda məşqçi müəllimlərin fəaliyyəti, taekvondoçuların çıxışları müzakirə olunub. Verilən qərara əsasən, məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər edilib.
Belə ki, öz xahişi ilə istefa verən kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoustun yerinə Məmməd Abdullayev, köməkçi məşqçi Rəşad Məmmədov, Sənan Həşimov isə qadınlardan ibarət milli komandanın böyük məşqçisi təyin olunub.
İddiaçılar turniri: Teymur Rəcəbov ABŞ təmsilçisi Fabiano Karuana ilə heç-heçə edib
Güləşçimiz Cəbrayıl Qadjiyev Avropa çempionatının qalibi olub
Cüdo üzrə milli komandamız açıq Avropa turnirini birinci yerdə başa vurub
Bakıda keçirilən “IronWind 70.3” yarışının qalibləri müəyyənləşib