Qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterlərin nəzərinə
Bakı, 23 iyun, AZƏRTAC
Musiqi sənəti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər iyunun 23-dən etibarən https://eservices.dim.gov.az/wpfqab/ linki vasitəsilə qeydiyyatdan keçib, konsertmeysterin buraxılış vərəqəsini çap edib götürərək imtahan binasına gəlməlidirlər.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, bir konsertmeyster bir növbə ərzində ən çoxu üç abituriyenti müşayiət edə bilər. Konsertmeysterlər ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisasları üzrə keçirilən imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. İxtisasların siyahısı DİM-in saytında yerləşdirilib.
Konsertmeysterlərin DİM-in saytında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet” açdıqdan sonra https://eservices.dim.gov.az/wpfqab/ linkində istifadəçi adı və parolu vasitəsilə konsertmeysterlərin qeydiyyat sisteminə daxil olmalıdırlar. Sistemə daxil olduqdan sonra “əlavə et” düyməsinə basmaqla açılan pəncərədə konsertmeysteri olduğu abituriyentin iş nömrəsini yazıb “Axtar” düyməsini basmaq lazımdır. Abituriyentin məlumatları yükləndikdən sonra “Yadda saxla” düyməsini basmaq tələb olunur. Abituriyentləri əlavə edib “Çap et” düyməsini basmaqla buraxılış vərəqəsini çap etmək lazımdır.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır