Pirallahıda üzərində marixuana gizlədən şəxs saxlanılıb
Bakı, 23 iyun, AZƏRTAC
Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini İ.Fərziyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan heroin aşkar olunub.
Davam etdirilən tədbirlərlə onun gizlətdiyi 2,1 kiloqram marixuana da polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
Dənizdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib
FHN: Dənizdə batmış şəxsin axtarışları davam edir
Sabunçu rayonunda vətəndaşın pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb
Nizami rayonunda evdən yeddi velosiped, Yasamal rayonunda isə pul və məişət əşyaları oğurlanıb