×
A
A
A
Sazlamalar

Brüsseldə Aİ ölkələrinin dövlət və hökumət başçılarının sammiti başlayır

Bakı, 23 iyun, AZƏRTAC

Bu gün Brüsseldə Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının ikigünlük sammiti başlayır. Rusiyanın hərbi təcavüzü, Ukrayna və Moldovanın Aİ üzvlüyünə namizəd statusu sammitin əsas mövzusudur.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının saytında yerləşdirilən məlumata görə, liderlər Rusiyanın Ukraynaya hücumu ilə bağlı son hadisələri, o cümlədən müharibənin qlobal ərzaq təhlükəsizliyi böhranına təsirini müzakirə edəcəklər. Görüşdə, həmçinin Avropa İttifaqının Ukraynaya iqtisadi, hərbi, siyasi və humanitar yardımdan ibarət davamlı dəstəyi müzakirə olunacaq.
Sammitdə eyni zamanda Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına üzvlüyünə namizədliklərinin təqdim edilməsi məsələsinə baxılacaq.
Tədbirdən öncə Avropa İttifaqı liderləri Qərbi Balkan ölkələrinin siyasi liderləri ilə qeyri-rəsmi görüş keçirəcək. Görüşdə regionun Avropaya inteqrasiyası perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.

Dünya 2022-06-23 11:57:00