×
A
A
A
Sazlamalar

Üç avtomobildən mobil telefon və pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub

Bakı, 23 iyun, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayonun Ş.Qurbanov, C.Cabbarlı və İzmir küçələrində “Mercedes”, “Toyota” və “Chery” markalı üç avtomobildən mobil telefon və pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Teymurov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2022-06-23 11:53:00