×
A
A
A
Sazlamalar

Samuxun taxıl sahələrində məhsuldarlıq 41 sentnerə çatıb

Samux, 23 iyun, Elcan Məmmədov, AZƏRTAC

Samux rayonunun təsərrüfatlarında bu il 10860 hektar sahədə taxıl becərilib. Sahələrin 5788 hektarı əhali təsərrüfatlarının, 5072 hektarı isə kənd təsərrüfatı müəssisələrinin payına düşür.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, taxıl sahələrinin 5960 hektarını buğda, 4900 hektarını isə arpa təşkil edir. Hazırda 4022 hektar sahə biçilib və 16453 ton məhsul əldə olunub. Məhsuldarlıq hər hektardan 41 sentner olub. Bu isə son illərdə əldə olunmuş ən yüksək göstəricidir. Tarlalardan 1748 ton buğda və 14705 ton arpa biçilib. Buğdanın məhsuldarlığı hər hektarda 53,4 sentner, arpanın məhsuldarlığı isə 39,8 sentnerdir.
Taxıl biçini davam edir.
Qeyd edək ki, bu il ölkədə 1019934 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin 606338 hektarını buğda, 413596 hektarını isə arpa sahələri təşkil edir.

Kənd təsərrüfatı 2022-06-23 11:37:00