×
A
A
A
Sazlamalar

Bakıda ödəmə terminalından pul oğurlanıb

Bakı, 23 iyun, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qala qəsəbəsində yerləşən marketlərin birində quraşdırılmış “E-Manat” ödəmə terminalından 1000 manat məbləğində pul, digər mağazadan isə 211 manat məbləğində pul, 1289 manat dəyərində tütün məmulatı, alışqan və ətir oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri İ.Mirzəyev və əvvəllər məhkum olunmuş F.Sədullayev müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2022-06-23 11:20:00