Leysan yağışları Gürcüstanın qərbində ciddi fəsadlar törədib
Tbilisi, 23 iyun, AZƏRTAC
Gürcüstanda güclü leysan yağışları nəticəsində ölkənin qərb bölgəsində onlarla evi su basıb, kənd təsərrüfatına və infrastruktura ciddi ziyan dəyib.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın qərbindəki Sintsa çayının məcrasından çıxması nəticəsində Zuqduqi və Senaki rayonlarında onlarla evi, məktəb və uşaq bağçalarını su basıb. Bir neçə körpü və yolların asfalt örtüyü dağılıb.
Hazırda bölgəyə dəyən ziyanın miqdarı və təbii fəlakətin miqyası dəqiqləşdirilir.
Sinoptiklər isə yağışların davam edəcəyini proqnozlaşdırırlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Suriya və İraq ərazisində daha doqquz terrorçu zərərsizləşdirilib
ABŞ Ukraynaya yeni hərbi yardım paketi təqdim etməyə hazırlaşır
Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub