Gənclərin məşğulluğu və sahibkarlığı üzrə yeni layihə ilə bağlı görüş olub
Bakı, 23 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən Gənclərin məşğulluğu və sahibkarlığı üzrə proqramının (EU4Youth) Faza III layihəsinin təqdimatı ilə bağlı Aİ nümayəndələri ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə ildən-ilə genişlənən aktiv məşğulluq proqramları barədə məlumat verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, həmin proqramların hədəflərindən birinin gənclərin məşğulluğu, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi olduğunu vurğulayaraq Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən Gənclərin məşğulluğu və sahibkarlığı üzrə proqramın da bu sahədə əhəmiyyətini qeyd edib.
Layihə rəhbəri Thomas Hainlen proqramla bağlı fikirlərini diqqətə çatdırıb. Görüşdə proqramın Faza III layihəsinin təqdimatı və ümumi əməkdaşlıq məsələləri müzakirə olunub.
18 yaşınadək əlilliyi olan şəxslər üçün “Reabilitasiya avtobusu” fəaliyyət göstərir
Azərbaycanla İsrail arasında qida təhlükəsizliyi sahəsində təcrübə səfərləri təşkil ediləcək
İstehlaka yararsız müxtəlif növ süd və süd məhsulları məhv edilib
Ölkə əhalisinin sayı 10 milyon 185 min 784 nəfərə çatıb
Nazir müavini Bərdə rayonunda vətəndaşların müraciətini dinləyib