ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub
Bakı, 23 iyun, AZƏRTAC
ABŞ-ın Qərbi Virciniya ştatının Loqan dairəsində "Bell UH-1B" tipli helikopter qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli WBOY telekanalı məlumat verib. Xəbərdə bildirilib ki, helikopter magistral yolun yaxınlığındakı dağlıq əraziyə düşüb. Təcili yardım xidmətləri hadisə yerindədir, magistral yol bağlanıb.
Qəzanın səbəbləri hələlik məlum deyil, lakin FAA (Federal Aviasiya Administrasiyası) və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisənin səbəblərini araşdıracaq.
İstanbulda Türkiyənin ən böyük universitet kitabxanası istifadəyə verilib VİDEO
2022-ci il İspaniyada yanğın üzrə bütün antirekordları qırıb
Omsk vilayətində beşmərtəbəli binanın bir hissəsi uçub
Misir hökuməti qaz və elektrik enerjisi istehlakında qənaət rejimi elan edib