×
A
A
A
Sazlamalar

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

Bakı, 23 iyun, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda yeniyetmə stolüstü tennisçilər arasında Avropa birinciliyi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 15 yaşadək stolüstü tennisçilərin qitə yarışında Azərbaycanı məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə təmsil edəcəklər.
Qitə birinciliyi iyulun 6-dan 15-dək davam edəcək.

İdman 2022-06-23 06:29:00