Səudiyyə Ərəbistanı investorları Serbiyaya sərmayə qoymağa dəvət olunub
Belqrad, 23 iyun, AZƏRTAC
Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradda Səudiyyə Ərəbistanının turizm naziri və İnkişaf Fondunun rəhbəri Əhməd bin Akil əl-Hatiblə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri, iqtisadiyyat, nəqliyyat və enerji sahələrində həyata keçiriləcək layihələr müzakirə edilib.
Səudiyyə Ərəbistanından olan investorları ölkəsinə sərmayə yatırmağa dəvət edən A.Vuçiç Səudiyyə Ərəbistanı və serb iş adamlarının birgə layihələr həyata keçirmələrinin vacibliyini vurğulayıb.
Serbiya Prezidenti Səudiyyə Ərəbistanının Belqradda diplomatik nümayəndəlik açacağına ümidvar olduğunu bildirib və bunun iki ölkə arasında münasibətləri yaxşılaşdıracağını qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Türkiyə Prezidenti Ukraynaya səfər edəcək
BMT-nin Baş katibi Lvovda Ukrayna və Türkiyə prezidentləri ilə görüşəcək
ABŞ-ın birinci xanımı koronavirusa yoluxub
Malayziyanın Kralı Türkiyədə rəsmi səfərdədir
“Zaporojye” AES-də qəza baş verərsə, 400 mindən çox insan məcburi təxliyə ediləcək