×
A
A
A
Sazlamalar

Cüdo üzrə Avropa çempionatında Azərbaycanı 15 idmançı təmsil edəcək

Bakı, 22 iyun, AZƏRTAC

Sabah Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı start götürəcək.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, iyunun 25-də davam edəcək yarışda ölkəmizi 4 qız və 10 oğlan cüdoçu təmsil edəcək.
Belə ki, oğlanlar arasında yarışlarda Məhəmməd Məmişov, Xalid Məmmədov (50 kq), Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq), Nicat Nağıyev, Əbil Yusubov (66 kq), Əli Hacızadə, Süleyman Əliyev (73 kq), Camal Bağışov (81 kq), Ramazan Əhmədov (+90 kq) mübarizə aparacaq. Qızların turnirində isə Xumar Qasımzadə (44 kq), Aydan Vəliyeva (48 kq), Vüsalə Hacıyeva (52 kq), Fidan Əlizadə (57 kq), Nigar Süleymanova (+70 kq) güclərini sınayacaqlar.
Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Rüstəm Alimli, məşqçilər Emin İskəndərov və Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya isə məşqçi Elnur İsmayılov rəhbərlik edəcəklər.
Qeyd edək ki, ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alacaq.

İdman 2022-06-22 21:10:00